Press "Enter" to skip to content

TƏBİB regionlarda təlim kursu təşkil edib

Bayraqdar.info – TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə Amerikanın Kardioloji Assosasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə növbəti təlim kursu keçirilib.

Bu barədə xəbər bayraqdar.info-ya TƏBİB-dən avqustun 24-də daxil olub.
Xəbərdə qeyd edilir ki, kurs “Neonatal xidmətin yaxşılaşdırılması üzrə işçi qrup”un fəaliyyət planına uyğun olaraq keçirilib.

“Tovuz Hemodializ və Diaqnostika Mərkəzində keçirilən tədbirdə Tovuz, Şəmkir, Qazax, Gədəbəy və Ağstafa müəssisələrinin doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak edib.

“Təlimçilər – Nahidə Mahmudova, Xeyransa Bayramova iştirakçılara NRP kurs proqramına əsasən nəzəri bilikləri və praktiki bacarıqları təqdim ediblər.

“Təlim proqramını müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub”, – deyə TƏBİB-dən bildirilib.

Mission News Theme by Compete Themes.