Press "Enter" to skip to content

Rum tərəfinin iddiası tamamilə əsassızdır

Son yeniləmə: 25 Avqust 2021 20:56

Bayraqdar.info – “Cənab nazirimizin 1974-cü ildən sonra Kıbrıs rum səlahiyyətlilərinə müraciət edərək aldığı heç bir şəxsiyyət vəsiqəsi və ya pasportu yoxdur.”

Bu fikirlər KKTC Xarici İşlər Nazirliyinin rum tərəfinin iddiasına cavab olaraq yayımladığı açıqlamada öz əksini tapıb.

KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumatda belə deyilir. Məlumata görə, Kıbrısın rum tərəfi pasportu ləğv edilən kıbrıslı türklər arasında guya xarici işlər naziri Tahsin Ertuğruloğlunun da olduğunu iddia edib.

KKTC Xarici İşlər Nazirliyinin açıqlamasında, həmçinin 1960-cı ildə beynəlxalq müqavilələrin imzalanması ilə qurulan Kıbrıs Cümhuriyyətinin uzunömürlü olmamasının səbəbinə də aydınlıq gətirilib.

Bildirilib ki, məhz Yunan-rum cütlüyünün adanı Yunanıstana birləşdirmək istəyi səbəbində ortaq cümhuriyyətin ömrü cəmi 3 il sürüb: “Bu gün adada iki ayrı dövlət var: KKTC və Kıbrıs rum idarəsi”.

Açıqlamada Kıbrısın rum tərəfinin pasportla bağlı qərarının heç bir hüquqi əsasının olmadığı bəyan edilib.

Mission News Theme by Compete Themes.