Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanından Azərbaycan Görəv Qrupuna yeni komandan

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzası ilə Resmi Gazete-də dərc olunan təyinat qərarları ilə Quru, Dəniz və Hava Qüvvələri Komandanlığından 141 general və admiralın vəzifə yerləri dəyişdirilib.

Türkiyə mediasının məlumatına görə, bu qərarla Quru Qüvvələri Komandanlığından 85 general, Dəniz Qüvvələri Komandanlığından 26 admiral və Hava Qüvvələri Komandanlığından 30 general haqda təyinatlar gerçəkləşib.

Quru Qüvvələri Komandanlığındakı təyinat qərarlarına əsasən, Ali Hərbi Şurada (YAŞ) orgeneral rütbəsinə yüksələn Baş Qərargah Personal başqanı Selçuk Bayraktaroğlu rəsmən Baş Qərargahın 2-ci başqanı vəzifəsinə təyin edilib. Baş Qərargah Baş Planı Prinsipləri başqanı general-leytenant Yavuz Türkgenci 3-cü Ordu Komandanlığının, 3-cü Korpus Komandanı general-leytenant Kamal Yeni isə 1-ci Ordu Komandanlığının rəhbərliyinə gətirilib.

YAŞ-da orgeneral rütbəsinə yüksələn Ali Sivri də yeni rütbəsi ilə Egey Ordusu Komandanı vəzifəsini davam etdirəcək.

Dəniz Qüvvələri Komandanlığında kontradmiral İsmayıl Güldoğan Donanma Komandanlığının Qərargah rəisi, kontradmiral Nejat İnanır Dəniz Qüvvələri Komandanlığının Kəşfiyyat başqanı vəzifəsinə təyin edilib.

Hava Qüvvələri Komandanlığında isə general-leytenant Rafet Dalkıran Baş Qərargah İstihbarat başqanı, general-mayor Erdoğan Gür 2-ci Ana Jet Üssü komandanı, general-mayor İsmayıl Günaydın Hava Hərb Okulu komandanı təyin edilib.

Bu təyinatlar arasında bizi də maraqlandıran odur ki, Quru Qoşunları Komandanlığının əməliyyat rəisi, general-mayor Bahtiyar Ersay Baş Qərargahın komandanlığı altında olan Azərbaycan Görəv Qrupu komandanı təyin edilib.

Mission News Theme by Compete Themes.