Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsinin altıncı həftəsində intellektual tədbirlər

Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin altıncı həftəsi davam edir. Bu barədə bayraqdar.info-ya avqustun 26-da “ASAN xidmət”dən məlumat verilib.

Qeyd olunub ki, düşərgənin üçüncü gününə səhər idmanı və psixoloqlarla görüş ilə start verilib. Ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovla görüşlər təşkil olunub. İştirakçılarla müxtəlif mövzularda müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Günün ikinci yarısında iştirakçılar komandalara bölünərək hakatonda iştirak ediblər. Sonra səmt təyinetmə yarışı gerçəkləşdirilib.

Günün sonunda şəhidimiz Əhməd Abdullayevin övladı Hüseyn Abdullayevin doğum günü qeyd olunub.

Qeyd edək ki, düşərgənin altıncı həftəsi şəhidlərimizin 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

Mission News Theme by Compete Themes.