Press "Enter" to skip to content

Ersin Tatar: Milli şüura malik və tarixi bilikləri yüksək olan nəsillər yetişdirilməlidir

Ersin Tatar

Bayraqdar.info – “Milli şüura malik və tarixi bilikləri yüksək olan nəsillər yetişdirilməlidir.” Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Lefkoşa Dr. Suat Günsel dövlət ibtidai məktəbinin açılış törənindəki çıxışında deyib.

“Burada 1571-ci ildə başlayan və davam edən bir millətin mübarizəsi vardır” deyən E.Tatar Kıbrıs türkünün bu torpaqlarda varlığının davam etdirilməsi üçün KKTC-yə sahib çıxacaq bir anlayışın əhəmiyyətli olduğunu bildirib.

E.Tatar özəl sektorun təşəbbüs göstərərək dövlətə Lefkoşa Dr. Suat Günsel dövlət ibtidai məktəbi miqyasında bir təhsil evini qazandırmasının vacib addım olduğunu vurğulayıb.

Gələcəyə ümidlə baxılması, dövlətin qüdrətlənməsi üçün danışıqlar masasında KKTC-yə sahib çıxıldığını deyən E.Tatar Kıbrıs türkünün ləyaqət və cəsarətlə dünya səviyyəli dəyərlər yaratmağa davam etdiyini bildirib.

Mission News Theme by Compete Themes.