Press "Enter" to skip to content

Müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu

Son yeniləmə: 27 Avqust 2021 17:25

Bayraqdar.info – Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanılır. Müsahibə mərhələsində uğur qazanmayan namizədlər avqustun 27-də saat 17:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat 30 avqust saat 11:00-da başa çatacaq.

Bu barədə məlumat bayraqdar.info-ya avqustun 27-də Təhsil Nazirliyindən verilib.

“Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, həmçinin, müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək”, – deyə Nazirlikdən bildirilib.

Mission News Theme by Compete Themes.