Press "Enter" to skip to content

“Qarabağ”ın rəqibləri müəyyənləşib

Son yeniləmə: 27 Avqust 2021 18:20

Bayraqdar.info – Bugün UEFA Avropa Konfrans Liqasının püşkatma mərasimi keçirilib.

Türkiyənin İstanbul şəhərində baş tutan püşkatmada təmsilçimiz “Qarabağ”ın qrup mərhələsindəki rəqiblərinin adına aydınlıq gəlib.

Təmsilçimiz H qrupunda İsveçrənin “Bazel”, Qazaxıstanın “Kayrat” və Kiprin “Omoniya” klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da keçiriləcək.

Mission News Theme by Compete Themes.