Press "Enter" to skip to content

Şəhid atasının müraciəti həllini tapdı – VİDEO

Son yeniləmə: 27 Avqust 2021 17:20

Bayraqdar.info – Sabirabad rayonunun Zəngənə kənd sakini, şəhid Qonsur Əhmədovun atası Əhməd Əhmədov sosial şəbəkə üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə müraciət edib. O, həyətyanı sahəsinin yaxınlığından keçən qaz xətti üzərində yerüstü yol keçidlərinin quraşdırılmasını xahiş edib.

“Birliyin baş direktorunun tapşırığı ilə “Azəriqaz”ın əməkdaşları həmin ünvana baxış keçiriblər. Qısa müddət ərzində işlərə başlanılıb, qaz xətti üzərində yerüstü yol keçidləri quraşdırılaraq şəhid ailəsinin müraciəti həllini tapıb”, – deyə İB-dən bildirilir.

Məlumat bayraqdar.info-ya avqustun 27-də “Azəriqaz”dan daxil olub.

Mission News Theme by Compete Themes.