Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsinin altıncı həftəsində “Nə? Harada? Nə zaman?” yarışı

Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin altıncı həftəsi davam edir. Düşərgənin dördüncü günündə iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” yarışı təşkil olunub.

Bu barədə bayraqdar.info-ya avqustun 27-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, yarış “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru, “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda “Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüsseri, “GameTV.az” prodüser mərkəzinin rəhbəri Balakişi Qasımovun moderatorluğu ilə baş tutub.

İştirakçılar təlimçi, poliqlot Aslan Məmmədzadə ilə görüşüblər. Görüş zamanı müxtəlif dilləri öyrənmək və danışıq qaydaları izah olunub.

Uşaqlar günə hovuz əyləncəsi ilə davam ediblər. Sonra futnet idman növü üzrə yarış keçirilib.

Günün sonunda əyləncə saatı təşkil olunub.

Mission News Theme by Compete Themes.