Press "Enter" to skip to content

E.Tatardan N.Anastasiadisə şillə kimi cavab

Ersin Tatar

Son yeniləmə: 28 Avqust 2021 21:35

Bayraqdar.info – “İki ayrı suveren və bərabərhüquqlu dövlətin mövcudluğuna əsaslanan həll təklifimizi ilk dəfə Cenevrədə müzakirəyə çıxarmağımız böyük əks-səda doğurarkən, Kıbrıs rum rəhbərliyi bu həll təklifini təsirsiz hala gətirmək üçün bütün vasitələrdən və üsullardan istifadə etməyə davam edir. Bu istiqamətdə, Kıbrıs Rum İdarəsinin başçısı Nikos Anastasiadis son açıqlamasında: “Kıbrıs türkləri Kıbrıs Cümhuriyyətindəki əvvəlki vəzifələrinə qayıtmaları və konstitusiya yenidən formalaşdırılmalıdır”, – deyib.

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Kıbrıs Rum İdarəsinin başçısı Nikos Anastasiadisin son açıqlamasına münasibət bildirərkən deyib.

N.Anastasiadisin guya adada əbədi sülhün əldə edilməsinə çalışdığı görüntüsü yaratmaq üçün ara-sıra bu tipli açıqlamalar verdiyini deyən E.Tatar ona dönəmin Kıbrıs Cümhuriyyəti Təmsilçilər Məclisinin başqanı Glafkos Kleridesin türk millət vəkillərinə xəbərdarlığını xatırladıb.

Qeyd olunub ki, ENOSİS hədəfli 1963-cü il 21 dekabr rum hücumlarından sonra türk millət vəkilləri ölümlə hədələnmiş, Glafkos Klerides isə birbaşa onlara “Məclisə girsəniz, çölə atılacaqsınız” demişdi.

“Kıbrısda boş sözlər və şirin görünməyə hesablanmış bəyanatlar dönəmi başa çatıb. Artıq əməkdaşlıq və sabitlik üçün hərəkət etmək vaxtıdır. Bunun yolu geriyə getmək deyil, real və davamlı bir barış üçün adamızın, bölgəmizin və dünyamızın dəyişən şərtlərinin tələb etdiyi irəli addımlar atmaqdır”, – deyə E.Tatar əlavə edib.

Mission News Theme by Compete Themes.