Press "Enter" to skip to content

Fuat Oktay: Yolumuza birlik və bərabərlik içində davam edəcəyik

Son yeniləmə: 28 Avqust 2021 12:03

Bayraqdar.info – “Yolumuza birlik və bərabərlik içində davam edəcəyik.” Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Türkiyə mətbuatının məlumatına görə, bir sıra tədbirlərdə iştirak etmək üçün Nevşehirə gedən F.Oktay maraqlı açıqlamalar verib.

Türkiyənin bu günlərə xalqın əl-ələ verərək gəldiyini deyən vitse-prezident həm terroçuluğa qarşı uğurlu mübarizə aparıldığını, həm də ölkənin dörd bir yanında meqa layihələrin həyata keçirildiyini vurğulayıb:

“Sərhədlərimizin xaricindən bizə hücum edən xainlər bir-bir məhv edildikdə, yuvalarını sərhəddən 200 kilometr kənarda tikdilər. 200 kilometr deyil, 500 kilometrə qaçsanız belə, Türkiyədən heç bir qaçış yoxdur. Biz nə etdik? MİT və silahlı qüvvələrimizin əməliyyatı ilə oradakı yuvalarına girdik və onları məhv etdik”.

O, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə zamanı dünyanın ən güclü iqtisadiyyatlarının daraldığı bir vaxtda Türkiyə bir rekord qırıb: “İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının belə daraldığı 2020 ci ili müsbət artım tempi ilə başa vurduq və 2021-ci ilin ilk rübündə 7 faiz iqtisadi artım əldə etdik”, – deyə vurğulayıb.

Mission News Theme by Compete Themes.