Press "Enter" to skip to content

Qırğızıstan və Türkiyə prezidentlərindən qarşılıqlı təşəkkür və təbrik

Bayraqdar.info – Avqustun 30-da Qırğızıstan Prezidenti Sadır Caparovla Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan arasında telefon danışığı olub.

Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstanın Prezident Administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, dövlət başçıları siyasi, mədəni-humanitar və digər sahələrdə işbirliyi məsələlərini müzairə ediblər.

Türkiyə Cümhurbaşqanı Qırğızıstanlı həmkarını ölkəsinin müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə ölkələr arasındakı işbirliyini davam etdirməyə hazır olduqlarını deyib.

S.Caparov da öz növbəsində R.T.Erdoğanın iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirdiyini bildirib. O, Türkiyə dövlət başçısına təbrikə görə təşəkkür etməklə bərabər avqustun 30-da qeyd edilən Zəfər Bayramı münasibətilə təbriklərini də çatdırıb.

Qırğızıstan Prezidenti Ankarada Manasa qoyulmuş abidənin avqustun 31-də açılışı münasibətilə də öncədən təşəkkürünü bildirib.

Söhbət zamanı Batken vilayətində – Qırğızıstanın Tacikistanla sərhəd bölgəsində zərər çəkmiş evlərin bərpasında Türkiyənin göstərdiyi dəstək məsələsi də dilə gətirilib.

Mission News Theme by Compete Themes.