Press "Enter" to skip to content

Çimərlikdə batan, intihara cəhd edən və köməksiz qalanlar xilas edilib

Fövqəladə Hallar Nazirliyi

Bayraqdar.info – “Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.”

Bu barədə avqustun 31-də FHN-dən bayraqdar.info-ya bildirilib.

“FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 2 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

“Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda intihara cəhd edən 1 nəfər, Mingəçevir şəhərində çimərlik ərazisində batma təhlükəsi olan 1 nəfər, avtoqəzalar zamanı 4 nəfər xilas olunub, 1 nəfərin isə meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Həmçinin, Bakı şəhərinin Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1970-ci il təvəllüdlü Gəncəli Zaur Tofiq oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.