Press "Enter" to skip to content

“İlhamlı qələbələr” Zəfər festivalı başlayır

Bayraqdar.info – Avqustun 31-də 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı qələbələr” adlı idman festivalı işə başlayacaq.

Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Verilən xəbərdə bildirilir ki, festival çərçivəsində velosiped idmanı, şahmat, stolüstü tennis, futbol və peyntbol üzrə yarışların təşkili planlaşdırılır.

Festival Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, İdman Jurnalistləri Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi, “Azərbaycan Əlil Velosipedçilərə dəstək” İctimai Birliyi və “BrendSport.az” saytının təşkilatçılığı ilə keçiriləcək.

“Qeyd edək ki, avqustun 31-də festival çərçivəsində ilk yarış-jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında velosiped idman növü üzrə “Zəfər kuboku” turniri keçiriləcək.

“Yarışda ilk üç yerə sahib olan iştirakçılara diplom və medallar, eyni zamanda, velosiped hədiyyə olunacaq. Mükafatçılara digər hədiyyələr də təqdim ediləcək”, – deyə Nazirliyin xəbərində deyilir.

Mission News Theme by Compete Themes.