Press "Enter" to skip to content

Bakıda fudokan üzrə beynəlxalq seminarın açılışı olub

Bayraqdar.info – Bakı İdman Sarayında Fudokan üzrə beynəlxalq seminarın açılış mərasimi olub.

Seminarın təşkilində əsas məqsəd fudokanın Azərbaycanda inkişaf etdirilməsi, bu idman növü üzrə Avropa, dünya çempionatlarında mübarizə aparacaq potensiallı idmançıların yetişdirilməsidir.

Xəbər bayraqdar.info-ya sentyabrın 1-də Gənclər və İdman Nazirliyindən verilib.

“Tədbirin təşkilatçılığında iştirak etmiş idman könüllüləri öz fəallıqları ilə seçilərək sertifikatla təltif ediliblər.

“Azərbaycan İdman Könüllüləri ictimai birliyi beynəlxalq seminarda iştirakına görə fəxri diplomla təltif olunub. Diplom təşkilatın sədri Miraqil Seyidzadəyə təqdim edilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.