Press "Enter" to skip to content

Daha 49 imtiyazlı şəxs Naxçıvandakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci ilin ötən dövründə ümumilikdə 863 imtiyazlı şəxs yollayışla təmin olunaraq bərpa-müalicə prosedurlarına cəlb olunublar.

Bu barədə bayraqdar.info-ya sentyabrın 1-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Agentlik tərəfindən müharibə əlilləri də daxil olmaqla daha 49 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Naxçıvandakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınan sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salınan şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.

Mission News Theme by Compete Themes.