Press "Enter" to skip to content

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramının ildönümü ilə əlaqədar tədbir

Bayraqdar.info – “İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib.”

Müdafiə Nazirliyindən sentyabrın 1-də bayraqdar.info-ya verilən xəbərdə belə deyilir.

“Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil edilib. Eləcə də, Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə həsr edilmiş film təqdim olunub.

“Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub.

“Qardaş Türkiyə Cümhuriyyətinin şanlı Zəfər bayramına həsr olunan tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb”, – deyə xəbərdə deyilir.

Mission News Theme by Compete Themes.