Press "Enter" to skip to content

Milli QHT Forumunda görüş keçirilib

Bayraqdar.info – Sentyabrın 1-də Milli QHT Forumunun ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri ilə görüşü keçirilib. Görüşdə Müşahidə Şurasının üzvləri İsrayil İsgəndərov və Günel Səfərova iştirak edib.

Milli QHT Forumundan verilən məlumata görə, öncə MQF-nin prezidenti Rauf Zeyni qurumun son illərdə fəaliyyəti və üzləşdikləri problemlər barəsində qısa məlumat verib.

Sonra Agentliyin Müşahidə Şurasının üzvü İsrayil İsgəndərov agentliyin fəaliyyəti, vətəndaş cəmiyyətinin strateji inkişaf proqramı, MQF-nin təkmilləşdirilməsi və inkişafı haqqında görüş iştirakçılarına bəzi məlumatlar verib.

Görüşdə həmçinin, MQF-nin İdarə Heyətinin üzvləri Qorxmaz İbrahimli, Umud Rəhimoğlu, İradə Rizazadə, İlham İsmayılov, Eyyub Hüseynov, Mehdi Mehdiyev, Mahirə Əmirhüseynova çıxış edərək, təkliflərini səsləndiriblər. Bununla yanaşı, vətəndaş cəmiyyətinin quruculuğunun təkmilləşdirilməsi, agentliyin qrant siyasəti, dövlət-QHT münasibətlərinin inkişafı, QHT evinin yaradılması, beynəlxalq əməkdaşlığın bərpa edilməsi və bir sıra digər məsələlər müzakirə edilib.

Sonda, Agentliyin nümayəndələri və görüş iştirakçıları bu cür görüş və müzakirələrin davamlı şəkildə keçirilməsinin vətəndaş cəmiyyətinin inkişafı üçün faydalı olacağını bildiriblər.

Mission News Theme by Compete Themes.