Press "Enter" to skip to content

Peşə təhsili üzrə elektron tələbə qəbulunun II mərhələsi başlayır

Bayraqdar.info – Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə başlanılacaq.

Təhsil Nazirliyindən sentyabrın 1-də bayraqdar.info-ya verilən xəbərə görə, II mərhələdə də müraciətlər “portal.edu.az” platforması üzərindən ödənişsiz qaydada aparılır.

“Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

“Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq.

“Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.