Press "Enter" to skip to content

“Qartal” Dağçılıq Klubunun üzvləri 3 günə 15 zirvəni fəth ediblər

Bayraqdar.info – “Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Qartal” Dağçılıq Klubunun üzvlərinin iştirakı ilə Böyük Qafqaz dağlarının ən uca zirvələri fəth olunub.

“Ölkəmizdə ilk dəfə olaraq, “Qartal” Dağçılıq Klubunun üzvləri 4 min metrlik 15 zirvəni 3 günə fəth ediblər. Fəth olunan zirvələr, Böyük Qafqaz dağlarının və ümumilikdə, Azərbaycan Respublikasının ən uca zirvələri Bazardüzü (4 min 466 m), Zəfər (4 min 301), Bazaryurd (4 min 156 m), Çarun (4 min 75 m), Raqdan (4 min 20 m) sayılır.

“Ümumilikdə, bu yürüşdə 17 nəfərlik heyət iştirak edib”.

Xəbər sentyabrın 1-də bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilib.

Mission News Theme by Compete Themes.