Press "Enter" to skip to content

Təhsil avtobusu Qarabağ bölgəsindən olan şagirdlər üçün yola düşür

Bayraqdar.info – “Təhsil avtobusu – Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfər planlaşdırılır.

Bu barədə bayraqdar.info-ya sentyabrın 1-də Təhsil Nazirliyindən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, artıq 5 ildir ki, Nazirliyin təşkilatçısı, dövlət və özəl müəssisələrin korporativ sosial məsuliyyət çərçivəsində dəstəkçi və tərəfdaşı olduğu “Təhsil avtobusu” layihəsi bu il Bakı – Sumqayıt – Ağcabədi – Bərdə – Gəncə – Oğuz – Bakı marşrutu üzrə səyahət edəcək.

“7-14 sentyabr tarixlərində icra ediləcək “Təhsil avtobusu – Qayıdış” layihəsi bu bölgələrdə yerləşən, göstəriciləri zəif və orta olan məktəblərin şagirdlərini əhatə edəcək. 6 bölgənin hər birində 32 nəfər olmaqla ümumilikdə, 192 şagird layihədə iştirak edəcək.

“Qeyd edək ki, Qarabağa qayıdışa həsr olunan layihənin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

“Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.