Press "Enter" to skip to content

Tokio-2020: Vəli İsrafilov Azərbaycana 11-ci qızıl medalı qazandırıb

Bayraqdar.info – Üzgüçü Vəli İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 1-də Gənclər və İdman Nazirliyindən xəbər verilib.

“V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Azərbaycan təmsilçisi həmçinin bu nəticə ilə Paralimpiya rekordu müəyyənləşdirib.

“Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

“Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletçi Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvə itələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. XVl Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.