Press "Enter" to skip to content

Xarici və milli üzgüçülər “sülh və təbiət” üçün üzürlər

Bayraqdar.info – Xarici və milli üzgüçülər “sülh və təbiət” üçün Türkiyədən Kuzey Kıbrıs Türk Cümhuriyyətinə üzürlər.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, üzmə mərasimi 1 sentyabr – Dünya Sülh Günü münasibətilə təşkil edilib. Təşkilatçısı Türkiyənin Hacettepe Universiteti Gənclər və İdman Klubu Üzgüçülük Komandası olan tədbir səhər saat 06:45-də başlayıb. Türkiyə ilə KKTC arasında hər iki istiqamətdə üzən əcnəbi və milli üzgüçülər Mersin Taşucudan Girnəyə doğru üzməyə başlayıblar.

Üzgüçülərin bu gün saat 18.00 radələrində qədim Girne Limanına çatacaqları gözlənilir. Üzgüçüləri Taşucudan bir sahil mühafizə gəmisi müşayiət edir.

Mission News Theme by Compete Themes.