Press "Enter" to skip to content

9 illik bazada tələbə qəbulu üzrə İxtisas seçimi davam edir

Son yeniləmə: 2 Sentyabr 2021 15:00

Bayraqdar.info – “İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən sentyabrın 2-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, 2 sentyabr saat 9:30-a olan məlumata əsasən, 15 min 9 (Azərbaycan bölməsi – 14 min 702, rus bölməsi – 307) abituriyent ixtisas seçimi edib.

“İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

“Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

“2021/2022-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.