Press "Enter" to skip to content

Ağacları və kolları qopardı, barəsində cinayət işi açıldı

Bayraqdar.info – Gəncə şəhər prokurorluğunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsindən daxil olmuş material əsasında Gəncə şəhəri Nizami rayonu ərazisində ağacların qanunsuz olaraq yerindən çıxarılması ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan sentyabrın 2-də bayraqdar.info-ya daxil olan məlumatda belə deyilir.

Məlumatda deyilir ki, araşdırmalarla müəyyən edilib ki, ərazidə yerləşən qeyri-yaşayış binasının tikintisini, özəlləşdirilməsini və digər işlər aparmasını etibarnamə əsasında əldə etmiş Gəncə şəhər sakini Ədalət Heydərov obyektin qarşısında olmuş 27 ədəd kolu və 2 ədəd ağacı qanunusuz olaraq yerindən çıxarıb.

O, bu addımı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyekti ilə bağlı sənədləri hazır etdikdən sonra obyektin ərazisində yerləşən ağaclıq-kolluq sahəni çıxarıb digər bir yerə əkilməsi hüququnu əldə etdiyini düşünərək atıb.

“Faktla bağlı Gəncə şəhər prokurorluğunda CM-nin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə tapşırılıb.

“Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir” – deyə məumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.