Press "Enter" to skip to content

“Artilleriya atəşinin ustaları” müsabiqəsi uğurla başa çatıb – VİDEO

Son yeniləmə: 2 Sentyabr 2021 10:34

Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi sentyabrın 1-də başa çatıb.

Müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan Azərbaycan artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə qeyd edilir ki, Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar. Nazirlik qeyd edir ki, sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.

Mission News Theme by Compete Themes.