Press "Enter" to skip to content

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində finala yüksəlib

Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Müsabiqə barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən sentyabrın 3-də məlumat daxil olub.

“Yarımfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

“Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

“Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.