Press "Enter" to skip to content

Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb – VİDEO

Son yeniləmə: 2 Sentyabr 2021 14:40

Bayraqdar.info – Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Bu barədə sentyabrın 2-də Müdafiə Nazirliyindən bayraqdar.info-ya xəbər verilib.

“Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

“İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.