Press "Enter" to skip to content

“Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi başa çatıb – VİDEO

Son yeniləmə: 2 Sentyabr 2021 12:00

Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi başa çatıb.

Bu barədə sentyabrın 2-də bayraqdar.info-ya Müdafiə Naziriyindən xəbər verilib.

“Münsiflər heyətinin qərarına əsasən, Azərbaycanı təmsil edən H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.

“Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonunda “Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yerdə qərarlaşıblar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.