Press "Enter" to skip to content

Postmüharibə dövrü üzrə sosial dəstək paketi 26 min insanı əhatə edib

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 26 min şəxsi əhatə edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 2-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, bu tədbirlər çərçivəsində həmçinin şəhid ailələri və müharibə əlillərindən ibarət 9100 nəfərə 18400 sosial ödəniş təyinatı həyata keçirilib. 7 mindən çox şəxsə sosial-psixoloji və reabilitasiya yönümlü 10 min xidmət göstərilib. 140 hərbçi yüksək texnologiyalı müasir protezlə, 1200-ə yaxın müharibə əlili 8800-dən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Həmin kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli sahəsində də müvafiq işlər aparılır.

Onlardan 7100 şəxs özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinə cəlb olunub.

Mission News Theme by Compete Themes.