Press "Enter" to skip to content

“Gənclər Kuboku: Hərb Oyunları” uğurla başa çatıb

Son yeniləmə: 3 Sentyabr 2021 16:56

Bayraqdar.info – “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb.

Bu barədə bayraqdar.info-ya sentybarın 3-də İctimai Bilrikdən məlumat verilib.

Bildirilib ki, layihə 27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutub. Bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş ümumilikdə 100-dən çox gənc iştirak edib. Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

“Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunub, gənclər yarışlarda birincilik uğrunda mübarizə aparıb. Həmçinin, bir həftə ərzində peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib. Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda “Axtar Tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.

Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıblar”, – deyə sonda vurğulanıb.

Mission News Theme by Compete Themes.