Press "Enter" to skip to content

Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalı qazandı

Bayraqdar.info – 100 metr məsafəyə butterfly üsulla üzgüçülük yarışında çıxış edən Azərbaycan idmançısı Raman Saleh məsafəni 57,81 saniyəyə qət edərək üçüncü dəfə “Tokio-2020”nin qalibi olub.

Xəbər bayraqdar.info-ya sentyabrın 3-də Milli Olimpiya Komitəsindən verilib.

“R.Saleh 100 metr məsafəyə arxası üstə və sərbəst üsulla üzmə yarışlarında da ölkəmizin aktivinə qızıl medallar yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.

“Hazırda Azərbaycan komandasının hesabında 17 medal var. Onlardan 12-si qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar”, – deyə xəbərdə qeyd olunur.

Mission News Theme by Compete Themes.