Press "Enter" to skip to content

“Artilleriya atəşinin ustaları” müsabiqəsi uğurla başa çatdı

Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan artilleriyaçıları sentyabrın 4-də Bakıya qayıdıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 4-də Müdafiə Nazirliyindən xəbər verilib.

“Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.