Press "Enter" to skip to content

Batı Trakyada indi də müfti məhkəməyə verilir

Bayraqdar.info – Avropa Batı Trakya Türk Federasiyası (ABTTF), Gümülcine müftisi İbrahim Şerifə qarşı məhkəmə iddiası ilə bağlı açıqlama yayıb. Açıqlamada “Cəmiyyətimiz tərəfindən seçilmiş müftiləri vəzifə qəsb etmək ittihamı ilə istintaq çərçivəsində ifadə vermək və məhkəməyə gətirmək əslində cəmiyyətimizə qarşı qorxu və qorxutma siyasətinin bir vasitəsi olduğunu hamımız bilirik” deyə bildirilir.

gundemgazetesi.com-un məlumatına görə, açıqlamada daha sonra deyilir: “Rodop seçilmiş müftisi İbrahim Şerif, 2016-cı ildə Gümülcine Alankuyuda Batı Trakya Türk icmasına aid uşaqlar üçün keçirilən kütləvi sünnət mövludunda iştirakı ilə əlaqədar başladılan istintaq çərçivəsində vəzifə qəsb etmək ittihamı ilə açılan davada Selanik Bidayet Məhkəməsində mühakimə olunacaq. 7 Oktyabr 2021-ci ildə baxılacaq iddia ilə bağlı müfti İbrahim Şerif, sosial media hesabında bir açıqlama verərək, “5 il əvvəl Alankuyulu qardaşlarımız tərəfindən təşkil edilən kütləvi sünnət mövludunda iştirakımız vəzifə qəsbi kimi dəyərləndirilərək oktyabrın 7-də Selanik Bidayet Məhkəməsinə dəvət aldıq”, – yazıb.

Öz növbəsində Avropa Batı Trakya Türk Federasiyasının (ABTTF) prezidenti Halit Habipoğlu müftinin məhkəməyə çağrılmasını din və inanc azadlığına qarşı addım kimi dəyərləndirib. O bildirib ki, əslində müfti 2017-ci ildən etibarən müxtəlif bəhanələrlə təqib edilib. “Müftümüz İbrahim Şerifin yanındayıq və bu məhkəmə ilə bağlı beynəlxalq səviyyədə mübarizəmizi davam etdirəcəyik”, – deyə o bəyan edib.

Mission News Theme by Compete Themes.