Press "Enter" to skip to content

Ersin Tatar: Rum tərəfinin siyasəti iflasa uğrayıb

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın Türkiyəyə səfəri davam edir. Səfər çərçivəsində E.Tatar Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə mətbuat konfransı keçirib.

Bu barədə KKTC-nin Cümhurbaşqanlığından məlumat verilib. Bildirilib ki, Ankarda Cümhurbaşqanlığı Külliyesində keçirilən mətbuat konfransı bir sıra maraqlı açıqlamalarla yadda qalıb.

Adanın gələcəyinə dair atılan addımlara toxunan E.Tatar sentyabrın 18-də Nyu-Yorka səfər edəcəyini, BMT Baş katibi Antonio Quterreş də daxil olmaqla bəzi görüşlər keçirəcəyini bildirib. A.Quterreşlə görüşdən hansı nəticələrin gözlənilməsinə gəlincə KKTC Cümhurbaşqanı aşağıdakıları söyləyib:

“Nəticə barədə nəsə deyə bilmərəm, çünki Kıbrıs rum tərəfinin mövqeyi və niyyəti aydındır. Biz yan-yana yaşayan iki ayrı suveren, bərabərhüquqlu dövlət anlayışının qəbul edilməsi üçün fövqəladə səylə çalışırıq”.

E.Tatar, Kıbrıs türk xalqının təxminən 60 ildir ki, öz dövləti ilə özünü idarə etdiyini xatırladıb.

Suallara cavabında Maraş açılımı və pasport məsələsinə də toxunan E.Tatar, Kıbrıs türklərinin bir qisminin zamanında Kıbrıs Cümhuriyyətinin qurulmasına dair razılaşmaya əsasən AB pasportlarına sahib olduqlarını bildirib. Kıbrıs Rum İdarəsinə işarə edən Tatar, “onların “Bu siyasəti davam etdirsəniz, pasportları ləğv edəcəyik” şəklindəki yanaşması yanlışdır. Zatən bu davranışları kəskin əks-reaksiyaya, Güney Kıbrısda da etirazlara səbəb olub. Nikos Anastasiadisin siyasətinin artıq iflasa uğradığını söyləyənlər də var”, – deyib.

E.Tatar mətbuat konfransında Türkiyəyə səfəri çərçivəsində həmçinin, Kastamonuda seldən əziyyət çəkən insanlarla görüşdüyünü də deyib. O, Türkiyədə belə bir fəlakətdən sonra bölgədəki vətəndaşlarla birlikdə olmanın könlündən keçən bir vəzifə olduğunu deyib. E.Tatar Türkiyənin bütün qurumları ilə selin zərər vurduğu bölgələrdə fövqəladə bir fəaliyyət göstərdiyini, 23 gün ərzində çox böyük işlərin görüldüyünü vurğulayıb.

Mission News Theme by Compete Themes.