Press "Enter" to skip to content

“Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir

Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir. Bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.

Bu barədə sentyabrın 4-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Xəbərdə deyilir ki, yarışların bağlanış mərasimində iştirak etmək üçün Azərbaycan Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Moskvada səfərdədir. O, əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyatla tanış olub.

Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən Azərbaycan tankçılarının uğurlu çıxışını izləyir.

Mission News Theme by Compete Themes.