Press "Enter" to skip to content

“Qarabağ” təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi

Bayraqdar.info – Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanında əlamətdar hadisə baş verib. Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Bu sevindirici xəbər bayraqdar.info-ya sentyabrın 5-də AZAL-dan verilib.

“Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə “QARABAĞ” adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).

“Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400 tipli hava gəmisi də sentyabrın 5-də Füzuli Hava Limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

“Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.