Press "Enter" to skip to content

Azərbaycanın U-19 millisi məğlub olub

Bayraqdar.info – Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

AFFA-dan sentyabrın 6-da bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Macarıstan millisi ilə oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində Mehrac Baxşəli fərqlənib. U-19 millimiz turnirdə son oyununu sentyabrın 7-də monteneqrolu yaşıdlarına qarşı keçirəcək.

Mission News Theme by Compete Themes.