Press "Enter" to skip to content

Milli komanda təltif olundu – SƏRƏNCAM

Bayraqdar.info – Sentyabrın 6-da Prezident İlham Əliyev Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçilərinin mükafatlarındırılmasına dair sərəncamlar imzalayıb.

Bayraqdar.info Prezidentin Mətbuat xidmətinə istinadla bildirir ki, Sərəncama əsasən XVI Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançı üçün 200 min, onun məşqçisi üçün isə 100 min manat məbləğində pul mükafatı müəyyən edilib. İkinci yeri tutan hər bir idmançı 100 min, məşqçisi 50 min, üçüncü yeri tutan hər bir idmançı 50 min, məşqçisi isə 25 min manat məbləğində mükafatlandırılıb.

“Dövlət başçısının imzaladığı digər Sərəncamla Paralimpiya komandasının üzvləri orden və medallarla da təltif olunublar. Paralimpiya çempionları Elvin Astanov, Hamed Heydari və Raman Salehi “Şöhrət”, Orxan Aslanov, Şəhanə Hacıyeva, Xanım Hüseynova, Vəli İsrafilov, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Vüqar Şirinli, Lamiyə Vəliyeva, Sevda Vəliyeva və İlham Zəkiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Bundan başqa, 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordenləri, 11 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

“Prezidentin növbəti Sərəncamı ilə XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə məşqçilərdən 3 nəfər – İlqar İbişov, Ramin İbrahimov və Fyodor Kirillov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

“Dövlət başçısının imzaladığı digər Sərəncamla Komitənin rəhbərliyi də təltif edilib. Oyunlarda qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Komitənin prezidenti İlqar Rəhimov “Şöhrət”, Komitənin baş katibi Kamal Məmmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.