Press "Enter" to skip to content

Prezident vəsait ayırdı

Bayraqdar.info – Prezidentin sentyabrın 6-da imzaladığı Sərəncamla Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının suvarma təminatının yaxşılaşdırılması məqsədilə 20 ədəd subartezian quyusunun qazılması üçün 1.4 milyon manat vəsait ayrılıb.

Sentyabrın 6-da Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, bu Sərəncam əhalisi 38 min 16 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb. Bundan başqa, subarrtezian quyularının qazılması əhalinin içməli suya olan tələbatının ödənilməsini də təmin edəcək. İşlərin görülməsi üçün maliyyə vəsaiti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Mission News Theme by Compete Themes.