Press "Enter" to skip to content

Türkiyəyə göndərilən daha 11 qazi sağalaraq Vətənə qayıdıb

Bayraqdar.info – Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 6-da “ASAN xidmət”dən məlumat verilib.

Qeyd edilib ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Mission News Theme by Compete Themes.