Press "Enter" to skip to content

Vahid əlaqələndirmə mərkəzlərinə 344 nəfər müraciət edib

Bayraqdar.info – Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzləri fəaliyyətini uğurla davam etdirir. Ötən dövrdə mərkəzlərə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmin müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 344 nəfər müraciət edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Bu mərkəzlər şəhid ailələri və qazilərə ümumilikdə 7 qurum üzrə 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsinə xidmət edir.

Qeyd edilib ki, ötən dövrdə bu mərkəzlərə edilən 344 müraciətin bölgüsü aşağıdakı kimidir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 39, Müdafiə Nazirliyi üzrə 194, səhiyyə Nazirliyi üzrə 17, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 23, yerli icra hakimiyyəti orqanları üzrə 29, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 42 müraciət. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə müraciət olmayıb.

Müraciətlər aidiyyəti qurumların nümayəndələri tərəfindən qəbul edilərək, onlara əlaqələndirilmiş şəkildə baxılaraq operativ qaydada xidmətlər göstərilib.

142 – Çağrı Mərkəzi tərəfindən isə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilə əlaqəli 95 müraciət cavablandırılıb.

Mission News Theme by Compete Themes.