Press "Enter" to skip to content

Birgə təlim-məşqlər davam edir – VİDEO

Bayraqdar.info – Azərbaycan və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

Bu barədə məlumat sentyabrın 7-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Məlumatda deyilir ki, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılmasını yerinə yetiriblər. Onlar həmçinin şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqlarını da icra ediblər. Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Mission News Theme by Compete Themes.