Press "Enter" to skip to content

“HundrED” qlobal təhsil təşkilatının rəhbəri “Yeni çağırışlar”da

Bayraqdar.info – 9 sentyabr saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen olacaq. Saku Tuominen ilə təhsildə yenilik, dəyişiklik və yaradıcılıq barədə danışılacaq.

Xəbər sentyabrın 7-də bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Xəbərdə qeyd edilir ki, Nazirliyin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Mission News Theme by Compete Themes.