Press "Enter" to skip to content

KKTC-nin potensialı daha da artıb

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanı Ersin Tatar Türkiyəyə səfəri çərçivəsində Kütahya valisi Ali Çelik və Kütahyalı iş adamları ilə görüşüb.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, görüşdə çıxış edən E.Tatar Ana Vətən Türkiyə ilə Kıbrıs türkünün apardığı mübarizənin böyük və müqəddəs bir mübarizə olduğunu deyib.

1071-ci il Malazgirt Zəfəri, 1571-ci ildə Osmanlının Kıbrıs fəthi və 30 Avqust 1922-ci ildə Anadolunun düşmən işğalından qurtulmasına toxunan E.Tatar, bu gün Şərqi Aralıq dənizində də oxşar mübarizələrin aparıldığını bildirib.

Hazırki durumun Kıbrısda artıq suveren bərabərliyə əsaslanan iki dövlətli bir həll tələb etdiyini xatırladan E.Tatar KKTC dövlətinin daim yaşayacağını və Türkiyə ilə əlaqələrinin daha da güclənəcəyini ifadə edib.

Cümhurbaşqanı KKTC-nin istər Süveyş kanalına yaxınlığı, istər təbii gözəllikləri, istərsə də Şərqi Aralıq dənizində yaşanan proseslər səbəbilə əhəmiyyətinin və potensialının daha da artdığını bildirib.

Mission News Theme by Compete Themes.