Press "Enter" to skip to content

Konyada KKTC Cümhurbaşqanına böyük sevgi

Son yeniləmə: 7 Sentyabr 2021 17:29

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar iki günlük səfər çərçivəsində qatıldığı proqramdan sonra Kütahyadan Akşehirə gedib. KKTC Cümhurbaşqanlığından verilən məlumat görə, burada onu Konya valisi Vahdettin Özkan, Konya Böyükşəhər Bələdiyyəsinin başqanı Uğur İbrahim Altay, Konya millət vəkilləri Orhan Erdem, Esin Kara, Akşehir Bələdiyyəsinin başqanı Dr. Salih Akkaya, digər rəsmi şəxslər və çoxlu sayda vətəndaş qarşılayıb.

Mehteran takımının müşayiətilə keçirilən qarşılanma mərasimində çıxış edən E.Tatar, 1571-ci ildə Osmanlının Kıbrısı fəthindən sonra, adanın türkləşdirilməsi üçün Akşehirdən bir çox vətəndaşın Kıbrısa göndərildiyini xatırladaraq ulu babalarının torpaqlarında olmaqdan məmnunluğunu dilə gətirib. KKTC Cümhurbaşqanı çıxışında başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla Türkiyə Cümhuriyyətinə və türk xalqına minntətdarlıq edib. E.Tatar xalq oyunları tamaşasını izlədikdən sonra tarixi ərazini gəzərək dükan sahibləri ilə görüşüb.

O, eyni zamanda səfər çərçivəsində tarixi Bedesten çarşısını ziyarət edib və Konyalı biznesmenlərlə görüşüb. Bölgə xalqı tərəfindən böyük sevgi ilə qarşılanan E.Tatar, sonra Mövlana Muzeyini ziyarət edib və muzey haqqında məlumat alıb.

Mission News Theme by Compete Themes.