Press "Enter" to skip to content

“Mentorun 48 saatı” adlı “Bootcamp” keçirilib

Bayraqdar.info – Sentyabrın 7-də Şamaxı şəhərində “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbiri başlayıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə  reallaşdırılıb.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Qeyd edilib ki, öncə təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgi təşkil olunub.

Sonra tədbirin açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov iştirak ediblər.

Mərasimdən sonra “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr gerçəkləşib. Panel müzakirələr Azərbaycan Respublikasının Təhsil İnstitututunun direktoru Rüfət Əzizovun moderatorluğu ilə aparılıb.

Tədbirin birinci günüdə, həmçinin “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər təşkil olunacaq.

Günün sonunda iştirakçılar üçün film saatı reallaşdırılacaq.

Tədbirin ikinci günündə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda Şamaxı Safari Parkına tur nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.