Press "Enter" to skip to content

Azərbaycanla Serbiya arasında müzakirə

Bayraqdar.info – “Gələcəkdə əcnəbi turistlər yeni turizm destinasiyası kimi tanınacaq Qarabağa cəlb olunacaqlar.” Bunu sentyabrın 8-də Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviçlə görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Agentlikdən bayraqdar.info-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Serbiya arasındakı turizm üzrə əlaqələrin inkişaf perspektivləri, pandemiyanın turizmə təsirləri və bu dövrdə həyata keçirilmiş layihələr, eləcə də təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə Fuad Nağıyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı və oradakı turizm infrastrukturunun yenidən qurulması və bərpası istiqamətində görülən işlərdən danışıb.

Səfir Draqan Vladisavlyeviç isə növbəti illərdə qarşılıqlı səfərlərin artacağına və əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Görüş zamanı turizm sahəsində qarşılıqlı investisiyaların artırılması, birbaşa aviareyslərin açılması üzrə müvafiq tədbirlərin görülməsi, postpandemiya dövründə turizmin bərpası üzrə planlaşdırılan fəaliyyətlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.