Press "Enter" to skip to content

Ersin Tatar: Biz Osmanlının nəvələriyik

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar, Konya Alaaddin Məscidində keçirilən tədbirlərə qatılıb. KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar, oradakı çıxışında öncə belə bir tədbirin təşkili üçün hər kəsə təşəkkür edib.

“1571-ci ildə Kıbrısı ​​fəth edən Osmanlının nəvələri və eyni millətin eyni soyundan olan insanlarıq” deyən Cümhurbaşqanı burada olmaqdan qürur keçirdiyini söyləyib. E.Tatar türk millətinin dövlətlər qurub idarə etdiyini, Osmanlıdan sonra Türkiyə Cümhuriyyətinin, Şərqi Aralıq dənizi bölgəsində də KKTC-nin var olduğunu bildirib.

O, bunun dəyərini və mənasını bilən, Kıbrıs türkünün Şərqi Aralıq dənizindəki hüquqlarını qorumaq məsuliyyətini dərk edən KKTC Cümhurbaşqanı olaraq bu vəzifəni yerinə yetirdiyini vurğulayıb: “Milli maraqlarımızı və mənafelərimizi ən yaxşı şəkildə qoruyaraq gələcəyə aparmaq üçün Ana Vətənlə birlikdə yolumuza davam edirik”.

Mission News Theme by Compete Themes.