Press "Enter" to skip to content

MDB Oyunları: Azərbaycan daha iki medal qazanıb

Son yeniləmə: 8 Sentyabr 2021 10:37

Bayraqdar.info – Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb. Medallara tayboksçular sahib çıxıb.

Xəbər bayraqdar.info-ya sentyabrın 8-də Gənclər və İdman Nazirliyindən verilib.

Xəbərdə qeyd olunur ki, Əli Əliyev 60 kq, Məhər Əsədzadə isə 63,5 kq çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

“Daha bir tayboksçu 67 kq çəkidə yer alan Rəvan Ağazadə isə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.

“Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində Leyana Sayer (51 kq) də həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Sentyabrın 8-də həm Ağazadə, həm də Sayer final görüşünü keçirəcək”, – deyə Nazirliyin xəbərində qeyd olunur.

Mission News Theme by Compete Themes.